

Mömin həyatı boyu etdiyi hər işi Allahın rizası üçün edər. Gördüyü iş nə olsa da, ona əsl məqsədini unutdurmaz. Allah Quranda möminlərdən bəhs edərkən ticarətin onlara əsl məqsədlərini unutdurmadığını belə bildirmişdir:
O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar. (Nur surəsi, 37)
Allahın möminlərdən tələb etdiyi üstün əxlaq var və möminlər hansı işlə məşğul olsalar da, bu əxlaqa uyğun davranırlar. Ticarət edərkən də dürüst, səmimi, fədakar, çalışqan, ədalətli və təvazökardırlar. Bütün diqqətləri Allahın razılığını qazanmağa və halal-haram hədlərini aşmamağa yönəlir. Bununla yanaşı, Allah möminlərə ticarət edərkən başqalarının haqqını tapdamamağı, ölçünü və tərəzini düz tutmağı, insanların əşyasını dəyərdən salmamağı əmr etmişdir (Hud surəsi, 85).
Bundan əlavə, ticarət edərkən dürüstlüyün, insanlara haqsızlıq etməməyin və bu cür gözəl əxlaqlı davranaraq Allahı razı etməyin daha xeyirli olduğu “İsra” surəsində belə bildirilmişdir:
Ölçəndə ölçüdə düz olun, düzgün tərəzi ilə çəkin. Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır! (İsra surəsi, 35)