

“İxlas” sözünün hərfi mənası saf deməkdir. Qurandakı ixlas anlayışı insanın təmiz niyyətlə, könüldən Allaha iman gətirməsi, Ona qəlbən bağlanması deməkdir. İxlaslı mömin həyatı boyu hər şeyi Allahın razılığını qazanmaq üçün edər və əvəzini də yalnız Allahdan gözləyər. Gördüyü işlərdə insanların düşüncələrinə görə hərəkət etmək, insanların gözünə girməyə çalışmaq kimi qeyri-səmimi niyyəti yoxdur. Ona görə, hər davranışı səmimidir və Allahın rizasına uyğundur.
Səmimi insan, əvvəla, Allah`a, daha sonra insanlara qarşı dürüst olar. Çünki Allahın hər şeyi görüb eşitdiyini, Onun qarşısında bir gün bütün etdiklərinə görə cavab verəcəyini və bütün fikirlərinə, sözlərinə, davranışlarına görə məsuliyyət daşıyacağını bilir. Buna görə də möminin dürüstlüyü və səmimiliyi onun dərin imanının ən mühüm göstəricilərindəndir.
Allah Quranda peyğəmbərlərin daima Allahın rizasını qazanmaq istəyən ixlaslı davranışlarını iman gətirənlərə nümunə göstərmişdir:
Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz onları axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik. Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər! (Sad surəsi, 45-47)
Habelə, Quranda Allaha səmimi şəkildə üz tutan insanlar təriflənmiş və onların sonunun xeyirlə nəticələnəcəyi müjdələnmişdir:
… Allaha üz tutanlara müjdə vardır. Qullarımı müjdələ! Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər surəsi, 17-18)