İnsanın nə zəngin olması, nə də dünyada ikən güc və iqtidar sahibi olması axirətdə ona heç bir fayda verməz. İnsanın dünyada istədiyi qədər pulu, var-dövləti olsa da, ölü bədəni torpağa basdırıldığı andan etibarən sərvətinin ona heç bir yararı olmayacaq. Əgər inkar edənlərdəndirsə, bütün digər inkarçılar kimi cəhənnəmə atılacaqdır. Dünyada ikən var-dövlətlərinə görə başqa cür münasibət görən bu insanlar axirətdə çox alçaldılacaqlar. Çünki onlar dünyadakı var-dövlətlərinə görə lovğalanmış və Allahın ayələrini təkzib etmişdilər. Axirətdə insanlar Allaha iman gətirdiklərinə və Allahdan qorxaraq Onun razı olduğu kimi davrandıqlarına görə qarşılanacaqlar. Dünyadakı var-dövlət və ya statusları onlara üstünlük gətirməyəcək. Zənginliyin Allah dərgahında heç bir dəyərinin olmadığını bildirən ayələrdən biri belədir:
Biz hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər göndərdikdə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: “Biz sizinlə göndərilənləri inkar edirik!” – dedilər. Onlar: “Bizim mal-dövlətimiz və övladımız daha çoxdur və bizə əzab da verilməyəcəkdir” – dedilər. De: “Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) azaldar. Lakin insanların əksəriyyəti bilməz!” Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar cənnət otaqlarında əmin-amanlıq içində yaşayacaqlar. (Səba surəsi, 34-37)