Təvazökarlıq Quranda mühüm mömin xüsusiyyəti kimi bildirilir. Allah ayələrində möminlərə təvazökar olmağı əmr edir. Allahın lovğa və azğınları sevmədiyi ayələrdə xəbər verilir.
Möminlər Allahın hər şeyi yaratdığını, hər şeyin tək sahibi olduğunu və insanlara bütün nemətləri verənin Allah olduğunu bilirlər. Ona görə də mömin Allah qarşısındakı acizliyini bildiyi üçün yersiz təkəbbür göstərməz. Nə qədər gözəl, zəngin, ağıllı, etibarlı olsa da, bunlara görə lovğalanmaz, çünki bu xüsusiyyətləri ona Allahın verdiyini bilir. Ona görə də möminlərə qarşı daima təvazökar olar. Öz xüsusiyyətlərini ön plana çıxarıb daima gözəl tərəflərini vurğulamağa çalışmaz. Çünki etdiyi hər şeyin əvəzini ancaq Allahdan gözləyər.
Təvazökar möminlər inkarçılar kimi yer üzündə təkəbbür göstərməz, əksinə, sadəlik göstərər və bu təvazöləri xarici görünüşlərinə də təsir edər. Allah möminlərin təvazökar davranışına bir ayəsində belə diqqət çəkmişdir:
Bu əxlaqlarına görə Allah möminləri cənnətlə müjdələmişdir: