Şeytanın ən əsas xüsusiyyəti insanları Allahın yolundan döndərməkdir. Ona görə də inkar edən, insanları Allahın yolundan uzaqlaşdıran, Allaha və dinə qarşı çıxan, insanlara Allahı, axirəti və dini unutduran hər kəs şeytanın köməkçisi və dostudur. Ancaq bu insanlar etdiklərinə görə dünya və axirətdə ziyana uğrayacaqlar. Allah şeytanın insanları azdırmaq cəhdini və onu dost tutanların sonunu belə xəbər vermişdir:
Allah ona lənət etdi. O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”. Onları hökmən sapdıracaq, xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı qoyub şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 118-119)