Allah Quranda möminlərə bir-birlərinin arxasınca danışmalarını qadağan etmiş, bunun çirkin davranış olduğunu bildirmişdir:
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (Hucurat surəsi, 12)
Allahın bu ayədəki əmrinə uyğun olaraq, Allahın dininə uyğun yaşayan, bir-birinə qardaş olan insanlar bu cür hərəkət etməkdən çəkinərlər. Əksinə, möminlər bir-birlərini həmişə xeyirlə yad edər, hər zaman möminlərin gözəl cəhətlərini üzə çıxarmağa çalışarlar, Allaha təslim olmuş insanlarda qüsur, nöqsan axtarmazlar.
Ona görə də dindən uzaq yaşayan insanlara böyük sıxıntı verən qeybət Allahın hədlərini qoruyan möminlərə xas olmayan mənfi əxlaqi xüsusiyyətdir. Əgər bir mömin digərində səhv davranış görərsə, bunu o möminin arxasınca başqaları ilə danışmaz. Möminlər birbaşa bir-birlərinə bu səhv davranışlarını düzəltmələri üçün nəsihət edərlər.