Nəfsini tanrı edən insan öz mənfəətini və rahatlığını dinin mənfəətindən üstün tutan insandır. Halbuki, əsl səmimi dindar sadəcə Allahı tanrı edər və ancaq Allahın razılığına uyğun davranar. Bu, bütün şərtlər daxilində əsaslıdır. Belə bir insan xəstələndikdə, çətinlik anlarında, mənfəətinə tamamilə zidd olsa da, öz mənfəətini əsla dinin mənfəətindən üstün tutmaz, Allahın qoyduğu hədləri aşmaz.
Ancaq bir insan kiçik gördüyü bir məsələdə belə Quran əxlaqına uyğun davranmırsa, çətin gələn hər şeydə din əxlaqını tərk edərək nəfsinə xoş gələni seçirsə, bu insan nəfsini razı salmağa çalışır və ona görə də nəfsini tanrı etmişdir. Allah Quranda nəfslərini tanrı edənlər haqqında belə deyir: