İnsan aciz yaradılmışdır, ona görə, bəzi şeyləri unudur və ya hər hansı məsələdə səhv edir. Unutmamaq və səhv etməmək sadəcə Allaha aid xüsusiyyətlərdir. Əsas odur ki, doğru olanı xatırladıqda insan həmin şeyi dərhal tətbiq etsin. Allah buna dair “Ənam” surəsində belə bildirir:
... Əgər şeytan sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma. (Ənam surəsi, 68)