Allah insanın ürəyindən keçən, heç kimin bilmədiyi bütün düşüncələri də daxil olmaqla, hər şeyi bilir. Çünki Allahın sifətlərindən biri Xabirdir. Yəni Allah hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar olandır. İnsan qarşısındakı insanlardan fikrindən keçən düşüncələri gizlədə bilər, ancaq Allahdan gizlədə bilməz. Ayədə bildirildiyi kimi:
“Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz”. (Ali-İmran surəsi, 5). Başqa bir ayədə isə belə deyilir:
Göylərdə də, yerdə də yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir! (Ənam surəsi, 3)
İnsan zaman və məkandan asılıdır. Halbuki, Allah bütün nöqsanlardan uzaqdır. Zamanı, məkanı, bütün insanları, o insanların başına gələn hadisələri yaradan və hər şeyin qədərini təyin edən Allahdır. Ona görə, Allah insanın daxilini, zahirini, bütün düşüncələrini bilir. Quranda bildirildiyi kimi:
“… (Allah) ürəklərdə olanları biləndir!” (Mulk surəsi, 13)