Hicrət etmək insanın bir yerdən başqa yerə getməsi, daha doğrusu, köç etməsidir. Allaha hicrət etmək isə insanın Allahı tanıdıqdan, Quranı oxuyub anladıqdan sonra keçmişdəki hər cür yanlış davranışını, düşüncəsini, vərdişlərini, qısaca desək, hər şeyini tərk edib sadəcə Allaha üz tutması və ancaq Onun istədiyi kimi yaşamasıdır.
Hz. İbrahim doğrunu gördüyü anda ətrafındakı insanların həyat tərzindən tamamilə uzaqlaşaraq dərhal Allaha hicrət etmiş müsəlmandır. Hz. Lut da hz. İbrahim kimi üstün əxlaq göstərərək Rəbbimizə üz tutan peyğəmbərdir. Quranda hz. Lutun bu davranışı belə xəbər verilir:
Lut ona iman gətirdi. Dedi: “Mən Rəbbimin yanına hicrət edirəm. Həqiqətən, O, qüdrətlidir, müdrikdir”. (Ənkəbut surəsi, 26)