Quranda fəsad törədənlərə aid bir çox nümunə verilmişdir. Ancaq fəsad törədənlərin əsas xüsusiyyəti Allaha, Allahın elçilərinə və kitablarına qarşı çıxmaları, dinə və müsəlmanlara mane olmaları, Allahın hədlərini aşmalarıdır. Onların bu əsas xüsusiyyəti bir ayədə belə bildirilir:
Törətdikləri fitnə-fəsada görə, Allah yolundan döndərən kafirlərin əzablarının üstünə bir əzab da artıracağıq! (Nəhl surəsi, 88)
Ayələrdə insanları Allahın yolundan döndərməyə çalışanların yer üzündə əkini, nizam-intizamı pozduğu, qarışıqlıq törətdiyi, Allahın əmr və qadağalarını aradan qaldırmağa çalışdığı, çəkini və tərəzini əskildərək saxtakarlıq etdiyindən bəhs olunur. Bunun əvəzində, Allah həm dünyada, həm də axirətdə bu insanların cəzasını verəcək və onları, yuxarıdakı ayədə də bildirildiyi kimi, müxtəlif yollarla əzablandırır, sonsuz ədaləti ilə fitnə-fəsad törətməyə cəhd edən hər kəsə layiq olduğu qarşılığı tamamilə verir.