Düşünməkdən qaçan insanın əksinə, hər şeyi Allahın yaratdığını düşünən insan baxdığı hər şeydə Allahın sənətini görür, hər şeyin insan üçün xüsusi yaradıldığını anlayır.
Məsələn, insan da daxil olmaqla, bütün canlılardakı mükəmməl sistemləri, yaşadığı planetin və kainatın qeyri-adi güclə inşa edildiyini düşünmək insanın əvvəla Allahı daha yaxşı tanımasına vəsilə olur. Bu da o insanın qəlbinə mülayimlik verir və Allaha olan hörmətini, sevgisini və qorxusunu artırır. Bu insan ətrafdakı ağaclardan quşlara, qarışqalardan kəpənəklərə qədər hər cür canlıda, bu canlıların malik olduğu hər mexanizmdə daima Allahın sənətini, ucalığını gördüyü üçün imanı güclənir. Allah ancaq düşünən insanların ətraflarındakı iman dəlillərini görüb dəyərləndirəcəklərinə belə diqqət çəkir:
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində əlamətlər vardır. (Bəqərə surəsi, 164)
Allaha şəksiz iman gətirən insan dünyanın məqsədsiz yer olmadığını, düşünməli və yerinə yetirilməli çox mühüm şeylərin olduğunu da qavrayar. Ona verilən hər şeyin bir nemət olduğunu bilər və şükür edər. Axirəti daima düşünər və o günün qorxusundan uzaq olmaq üçün bağışlanma diləyər.
Düşünməyin ən mühüm xüsusiyyəti də, şübhəsiz, hər kəsin öz səyi ilə əldə etdiyi qazanc olmasıdır. Kimsə kimsəni bir şey haqqında düşünməyə məcbur edə bilməz. Ona görə, hərtərəfli düşünən insan özünə fayda verər. Allah Quranda ancaq düşünən insanın qarşılaşdığı hadisələrdən ibrət alacağına və ibrət alan insanların əbədi həyatlarında xilas olacağına diqqət çəkir. Digər insanların isə öyüd-nəsihətdən qaçdıqlarını, buna görə böyük peşmançılıq çəkəcəyini xəbər verir:
Əgər nəsihət etmək fayda versə, öyüd-nəsihət ver! (Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir! Bədbəxt isə ondan qaçacaqdır. (O bədbəxt ki) ən böyük oda girəcəkdir. Orada nə öləcək, nə də yaşayacaqdır! (Əla surəsi, 9-13)