Allah quranda keçmişdə yaşamış bütün xalqlara elçi göndərdiyini bildirmişdir. Allahın elçiləri göndərildikləri tayfalara doğru yolu göstərmiş, insanlara Allahın qadağalarını xəbər vermiş, ölümün yaxınlığını, cənnətin və cəhənnəmin varlığını, dünyada yaşama məqsədlərini izah etmiş və onları Allahın dininə dəvət etmişlər. Allahın ədaləti ilə bütün insanlar Onun elçiləri vasitəsilə xəbərdar edilib qorxudulmuş və müjdələnmişlər. Bu, onu göstərir ki, axirətdə insanlar: “Mənim heç nədən xəbərim yox idi”, - deyə bilməyəcəklər, çünki hər insan Allahın dəvətini eşitmişdir. Allah bir ayəsində insanlara belə bildirir:
Doğrudan da, Biz səni haqla müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan bir peyğəmbər gəlib-getməsin! (Fatir surəsi, 24)