Quranda təsvir olunanlara əsasən, cənnətdə də dünyadakına bənzər həyat olduğunu anlayırıq. Ayələrdə cənnətdəki məkanlar təsvir olunur, bu məkanlardakı ehtişamlı mebellərdən, gözəl əşyalardan bəhs edilir. Bunlardan başqa, bəzək-düzək əşyalarına, cənnətdəki geyimə, yemək və içkiyə dair nümunələr verilir. Dünyadakılara bənzər şəkildə tərif edilən bu gözəlliklərin hər birində cənnətdəki ehtişam və dəbdəbə vurğulanır. Bununla bərabər, insanın ağlına gələn və gəlməyən hər şeyin nemət olaraq veriləcəyindən bəhs edilir. Dünyadakı həyat və cənnətdəki həyat arasındakı ən böyük fərq, şübhəsiz ki, dünyadakı çatışmazlıqların heç birinin cənnətdə olmamasıdır. Ayələrdə xəbər verilən cənnətdəki nemətlərdən və gözəlliklərdən bəziləri belədir:
Böyük mülk və ehtişam
Hündür qəsrlər və evlər
Hündür taxtlar
Atlasdan və ipəkdən gözəl paltarlar
Qızıl və gümüş bilərziklər, incilər
Altından çaylar axan məkanlar
Nə isti, nə soyuq olan kölgəlik
Qızıl məcməyilər, qədəhlər
Ağır işlənmiş atlasdan yataqlar
Yaşıl yastıqlar və gözəl döşəklər
Dadı dəyişməyən süddən, süzmə baldan çaylar
Gümüşdən büllur qablar və hələ bir çox nemət...
Göründüyü kimi, cənnət insanın ən çox zövq alacağı, qeyri-adi dərəcədə qüsursuz məkandır. Allah cənnətdəki ehtişamı bir ayəsində belə bildirir:
(Orada) hara baxsan, nemət və böyük bir mülk görərsən. (İnsan surəsi, 20)